ain.az bildirir, Baku.ws portalına istinadən.
"Novruz bayramı ərəfəsində Azərbaycanda turizmə maraq hər il artmaqdadır. Ən münasib qiymətli istirahət imkanları əsasən Şəki, Quba və Şabran bölgələrindədir".
Bunu BAKU.WS-ə açıqlamasında Turizm üzrə ekspert Rəhman Quliyev bildirib.
O əlavə edib ki, bu bölgələrdə daha çox butik tipli otellər və ailəvi istirahət məkanları fəaliyyət göstərir:
"Şimal bölgəsində, Quba və Qusar ətrafında yerləşən 4 ulduzlu otellərin qiymətləri gecəlik 100-150 manat arasında dəyişir. 5 ulduzlu otellərdə isə qiymətlər 150-250 manat civarındadır. Qiymətə iki nəfər üçün gecələmə, səhər yeməyi və otelin spa və əyləncə mərkəzindən istifadə daxildir.
Şəki, Qax və Zaqatala bölgələrində 4 ulduzlu otellərdə gecəlik qiymətlər 80-130 manat, 5 ulduzlu otellərdə isə 150-200 manatdır. Burada da iki nəfər üçün gecələmə, səhər yeməyi və əyləncə/spa xidmətləri qiymətə daxildir.
Cənub bölgəsində, Lənkəran və Lerik istiqamətində 4 ulduzlu otellərin qiymətləri 80-120 manat, 5 ulduzlu otellərdə isə 120-180 manat arasında dəyişir. Erkən rezervasiya edənlər üçün daha sərfəli seçimlər qalır. Bayrama yaxın tarixlərdə qiymətlər adətən yüksəlir".
Orxan Hüseyn
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.