EN

Çində fişəng dükanında partlayış nəticəsində 12 nəfər həlak olub

Çinin mərkəzi Hubei əyalətində fişəng dükanında baş verən partlayış nəticəsində 12 nəfər həlak olub, yerli hakimiyyət orqanları bildirib.

QHT.az xəbər verir ki, partlayış Xianqyanq əyalətinin Çjenczi kəndində baş verib. Partlayış nəticəsində yaranan yanğın təxminən 50 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə xilasedicilər göndərilib. Açıq alovlar söndürülüb.

Hadisə yerində 12 qurbanın cəsədi tapılıb. Faciənin səbəbi araşdırılır.

 

R.İmanov

Chosen
41
qht.az

1Sources