GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ və Rusiya arasında aparılan danışıqlarda bir sıra iri iqtisadi və enerji layihələri gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “The Economist” nəşri yayıb. 
Məlumata görə, tərəflər atom enerjisi ilə işləyən məlumat (data) mərkəzinin yaradılması ideyasını müzakirə ediblər. Layihənin hər iki ölkə üçün iqtisadi fayda verə biləcəyi qeyd olunur.
Danışıqlarda diqqət çəkən əsas mövzulardan biri isə Berinq boğazının altından tunelin tikilməsi planı olub. Bu tunelin Asiya ilə Şimali Amerikanı birləşdirəcəyi və iqtisadi əməkdaşlığı gücləndirəcəyi iddia edilir. Layihənin Rusiya və ABŞ prezidentlərinin adını daşıyacağı bildirilib.
Bundan əlavə, ABŞ prezidentinə yaxın şəxslərin Rusiyanın enerji layihələrində pay əldə etməsi ilə bağlı mümkün danışıqlar aparıldığı qeyd olunur. Həmçinin Arktika bölgəsində nadir torpaq metalları, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Rusiya tərəfi tunelin 8 ildən az müddətdə tikiləcəyini və dəyərinin 8 milyard dollardan aşağı ola biləcəyini iddia edir. Ekspertlərin fikrincə, belə layihələr ticarət, investisiya və enerji sahələrində əməkdaşlığı genişləndirə, gələcəkdə təhlükəsizlik sahəsinə də təsir göstərə bilər.
Ağ Evin əvvəlki açıqlamalarında da qeyd olunub ki, Ukrayna müharibəsi sonrası münasibətlər normallaşarsa, ABŞ və Rusiya arasında böyük iqtisadi razılaşmalar üçün potensial yarana bilər.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.