EN

İlk təravih namazları Avstraliyada qılındı



əAvstraliyada yaşayan yüz minlərlə müsəlman Ramazan ayının ilk təravih namazını qılmaq üçün məscidləri və namaz zallarını doldurub
Müsəlmanlar ilk təravih namazlarını qılmaq üçün ölkə daxilində 200-dən çox məscidə və namaz zalına, eləcə də müvəqqəti məkanlara axın etdilər.

Melburndakı Medou Heights məscidində türklər də daxil olmaqla, müxtəlif etnik mənşəli yüzlərlə avstraliyalı müsəlman axşam namazını qıldı, ardınca ilk təravih namazını qıldı.
Ramazan ayına çatdığına görə sevincini ifadə edən Erol Demirkaya verdiyi açıqlamada "41 ildir buradayam, amma bu gün özümü fərqli hiss etdim. Xüsusilə də gəncləri, bu qədər canlı gördüyüm zaman, Allah onların sayını artırsın" deyib.

Avstraliya Statistika Bürosunun 2021-ci il siyahıyaalınmasına əsasən, ölkədə 813.392 müsəlman yaşayır. Təxminən 27 milyon əhalisi olan Avstraliyada müsəlmanlar ümumi əhalinin 3,2%-ni təşkil edir.

Bu arada, Ramazana ilk başlayan ölkələrdən biri olan və hazırda yay fəslini yaşayan Avstraliyada müsəlmanlar təxminən 15 saat oruc tutacaqlar.

aia.az
Tərcümə şöbəsi



Chosen
84
aia.az

1Sources