EN

Qış Olimpiya təmsilçimiz çıxışını başa vurdu

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə çıxışını başa vurub.

"Unikal" xəbər verir ki, ikinci enişə 59-cu pillədən start verən 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07.34 saniyə nəticə ilə finiş xəttinə çatıb.

Beləliklə, hər iki cəhdin yekununa əsasən 2:09.15 saniyə göstərici əldə edən təmsilçimiz turniri 51-ci yerdə tamamlayıb. Bu nəticə Azərbaycanın Qış Olimpiya Oyunlarının slalom yarışlarında indiyədək qeydə alınmış ən yaxşı göstəricisi kimi tarixə düşüb.

Qeyd edək ki, idmançı ilk enişdə 92-ci sıradan mübarizəyə başlayaraq 1:01.81 saniyə nəticə göstərib.

Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunub.

Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.

Xatırladaq ki, 25-ci Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Chosen
42
1
unikal.az

10Sources