EN

Karri Ulduzların oyununda olmayacaq

“Qolden Steyt”in oyun qurucusu Stefen Karri builki Ulduzların oyununda iştirak etməyəcək.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri insayder Brett Sigel yayıb.

37 yaşlı amerikalı ulduz zədə üzündən komandasının müntəzəm çempionatdakı son 4 oyununu buraxıb. Onun yoxluğu ilə bağlı rəsmi səbəb, adətən, diz qapağı nahiyəsində şişkinlik və ağrı ilə özünü göstərən patellofemoral ağrı sindromudu.

Sigelin yaydığı xəbərə görə, Karri Ulduzların oyununa görə MBA-da yaranacaq fasilədən sonra meydana dönəcək. Bir neçə gün əvvəl “Oklahoma-Siti”nin oyun qurucusu Şey Gilces-Aleksanderin də fevralın 14-də keçiriləcək Ulduzların oyununu buraxacağı açıqlanıb.

Chosen
60
1
football-plus.az

2Sources