EN

Putin Donbası iki ilə ala biləcək

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Donbası tam nəzarətə götürməsi üçün daha iki ilə yaxın vaxt tələb oluna bilər.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Qəzetin istinad etdiyi Qərb kəşfiyyat mənbələrinin qiymətləndirməsinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə üstünlük əldə etdiyinə inanır. Bildirilir ki, Kreml rəhbəri Donbas üzərində tam nəzarət üçün 18 aydan iki ilə qədər vaxt lazım gəlsə belə, hər gün davam edən döyüşlərin və Ukraynanın enerji infrastrukturu ilə yaşayış məntəqələrinə endirilən zərbələrin Moskvanın mövqeyini gücləndirdiyini düşünür.

Nəşr eyni zamanda qeyd edir ki, son aylarda Rusiya iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib. Bu fonda ABŞ-ın keçmiş prezidenti Donald Trump müharibə başa çatacağı təqdirdə Rusiyaya iri investisiyalar vəd edir.

Analitiklərin fikrincə, yaranmış vəziyyət Putini müəyyən şərtlər daxilində atəşkəs razılaşmasına yaxınlaşdıra bilər. Xüsusilə, ABŞ-la genişmiqyaslı yaxınlaşma və Ukrayna qüvvələrinin Donbasın qalan hissəsindən çıxarılması mümkün razılaşmanın əsas elementləri kimi göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
modern.az

1Sources