Bakı. Trend:
“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədəsini tamsağaldaraq məşqlərə qayıdıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 38 yaşlı argentinalı ulduz futbolçu MLS-in yenimövsümünün ilk oyununa hazır olacaq.
Xatırladaq ki, Messi Ekvadorun "Barselona" klubu ilə keçirilənyoldaşlıq görüşündə zədələnmişdi.