EN

İrəvanda atışma - 1 nəfər ölüb, 7 nəfər yaralanıb

BAKI, 18 fevral. TELEQRAF

İrəvanda baş verən atışmada 7 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Bu gün Ajapnyak rayonunda baş verən hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti son dərəcə ağır hesab olunur", - deyə açıqlamada bildirilir.

Daha bir yaralını xilas etmək mümkün olmayıb.

Shamshyan.com portalı hadisə nəticəsində on nəfərin yaralandığını bildirir. Jurnalistlər həmçinin hadisə yerində avtomat və tapançadan atəş səslərinin eşidildiyini bildiriblər.

Daxili İşlər Nazirliyi bildirib ki, "Daxili İşlər Nazirliyinin polis əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili əməliyyat-axtarış tədbirləri həyata keçirirlər".

Bundan əvvəl Kritdə iki düşmən ailə arasında atışma baş vermiş, nəticədə iki nəfər həlak olmuş , ən azı 15 nəfər yaralanmışdı. Hadisə Heraklion şəhəri yaxınlığındakı Vorizia kəndində baş vermişdi. Atışma ailələrdən birinin tikintisi davam edən evdə partlayıcı qurğu yerləşdirməsindən sonra baş vermişdi. Partlayış nəticəsində əmlaka ziyan dəymişdi. Daha sonra zərər çəkmiş klanın üzvləri düşmənlərinin maşınlarına və evlərinə atəş açmağa başlamışdılar.

Chosen
69
teleqraf.com

1Sources