EN

İqtisadçı: Türkiyənin meqa sənaye zonaları Zəngəzur dəhlizinin üstünlüklərindən səmərəli istifadə etməyə imkan verəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 18 fevral, AZƏRTAC

Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çatdırılacaq yüklər iri sənaye zonalarına yönəldilə, daha sonra isə Avropa bazarlarına göndərilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Türkiyə hökumətinin ölkədə meqa sənaye zonalarının yaradılması barədə qərarını şərh edən türk iqtisadçı Məhəmməd Bayram deyib.

O xatırladıb ki, Türkiyə Nazirlər Kabinetinin rəsmi “Resmi Gazete” bülletenində dərc edilmiş qərarına əsasən, Türkiyənin 13 vilayətində 16 meqa sənaye zonasının yaradılması üzrə baş planın icrası həyata keçiriləcək. “Layihənin məqsədi İstanbul kimi iri şəhərlərin yerləşdiyi rayonlarda təbii fəlakətlər nəticəsində ortaya çıxan riskləri minimuma endirməkdir. Məsələn, 2023-cü il zəlzələlərinə bənzər iri yeraltı təkanlar ssenarisinin meqapolis ərazisində təkrarlanacağı halda, sənayeyə dəyən ziyan yüksək olmamalıdır, çünki güclərin bir hissəsi Anadoluda yerləşən və İstanbul üçün “alternativ” olan meqa sənaye zonalarına köçürüləcək”, – deyə iqtisadçı izah edib.

Onun sözlərinə görə, söhbət mövcud müəssisələrin yeni yerlərə köçürülməsindən daha çox investisiya axınının meqa sənaye zonalarına yatırılmasından gedir.

Məhəmməd Bayram bildirib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin bu təşəbbüsü Zəngəzur dəhlizi və “İnkişaf yolu” (İraqın cənubundan Türkiyə vasitəsilə Avropaya – red.) kimi iri nəqliyyat-logistika təşəbbüslərinin üstünlüklərindən daha səmərəli istifadə etməyə imkan verəcək: “Məsələn, Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə daxil olan yük avtomobili yükləri meqa sənaye zonalarına çatdıra biləcək ki, bu da daxili istehsal üçün stimul olacaq. Bununla yanaşı, yüklərin bir hissəsini Avropaya ixrac etmək mümkün olacaq”.

İqtisadçı hökumətin planının həm də əhalinin İstanbul və digər şəhərlərdən Türkiyənin daha az inkişaf etmiş vilayətlərinə axınına təkan verəcəyinə əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
1
azertag.az

2Sources