EN

Bələdiyyələrin gəlir bazası genişləndirilməlidir – Deputat

2025-ci ilin dövlət büdcəsindən yerli özünüidarəetmə orqanlarına ayrılan vəsaitin həcmi 7,5 milyon manat təşkil edib. Söhbət dotasiyadan gedir. Nəzərə alsaq ki, Azərbaycanda 685 bələdiyyə fəaliyyət göstərir, bu o deməkdir ki, il ərzində orta hesabla hər bir bələdiyyəyə təxminən 10 950 manat, aylıq isə 912 manat vəsait düşür.

QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu rəqəmlər göstərir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi yüksək deyil. Bu kontekstdə bələdiyyələrin büdcədənkənar mənbələrdən daha çox vəsait cəlb etməsi, maliyyə resurslarının şaxələndirilməsi və gəlir mənbələrinin genişləndirilməsi əsas çağırış olaraq qalır.

 

Pərvanə Fərhadqızı

Chosen
15
qht.az

1Sources