EN

Qış Olimpiya təmsilçimiz çıxışını başa vurdu

style='margin-bottom:10px;'>

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma 25-ci Qış Olimpiya Oyunlarındakı çıxışını başa vurub.

QOL.az xəbər verir ki, ikinci enişə 59-cu pillədən start verən 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07.34 saniyə nəticə ilə finiş xəttinə çatıb.

Beləliklə, hər iki cəhdin yekununa əsasən 2:09.15 saniyə göstərici əldə edən təmsilçimiz turniri 51-ci yerdə tamamlayıb. Bu nəticə Azərbaycanın Qış Olimpiya Oyunlarının slalom yarışlarında indiyədək qeydə alınmış ən yaxşı göstəricisi kimi tarixə düşüb.

Qeyd edək ki, idmançı ilk enişdə 92-ci sıradan mübarizəyə başlayaraq 1:01.81 saniyə nəticə göstərib..

Xatırladaq ki, 25-ci Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Chosen
67
teleqraf.com

1Sources