“Xankəndi”də yeni təyinat rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, qapıçılar üzrə məşqçi vəzifəsinə UEFA B kateqoriyalı məşqçi lisenziyasına sahib olan Elçin Sadıqov gətirilib.
36 yaşlı mütəxəssis daha əvvəl 2020–2025-ci illərdə “Səbail”in müxtəlif yaş qruplarında çalışıb. O, 2025-ci ildə isə “Şəfa” klubunda qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.
Xatırladaq ki, hazırda 2-ci liqada 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Zaur Hacıyevi baş məşqçi təyin edib.