EN

ABŞ–İran Müharibəsi AN MƏSƏLƏSİDİR – Axios ŞOK DETALLARI AÇIQLADI

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması bir çoxlarının düşündüyündən daha yaxın ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası regionda hərbi mövcudluğu əhəmiyyətli dərəcədə artırıb. Söhbət iki aviadaşıyıcı gəmidən, yüzlərlə döyüş təyyarəsindən və silah-sursat daşıyan 150-dən çox yük reysindən gedir.

Bildirilir ki, təkcə son 24 saat ərzində bölgəyə əlavə olaraq F-35, F-22 və F-16 tipli qırıcılar da daxil olmaqla təxminən 50 döyüş təyyarəsi göndərilib.

Mənbələrin sözlərinə görə, mümkün zərbə bir dəfəlik əməliyyat olmayacaq, əksinə, həftələrlə davam edən genişmiqyaslı hərbi kampaniya şəklində həyata keçirilə bilər. Bu əməliyyatın İsrail ilə birgə aparılması ehtimalı da istisna edilmir.

Nəşrə danışan Trampın müşavirlərindən biri bildirib ki, “yaxın həftələrdə hərbi toqquşmaların başlaması ehtimalı 90 faizə çatır”.

“Axios”un məlumatına əsasən, İsrail mümkün müharibəyə “bir neçə gün ərzində” hazırlaşır. Lakin bəzi amerikalı rəsmilər hesab edirlər ki, mümkün hücumlar bir neçə həftə təxirə salına da bilər.

Qeyd olunur ki, regionda hərbi fəallığın bu qədər artması Yaxın Şərqdə gərginliyin daha da dərinləşəcəyindən xəbər verir.

Sara
NOCOMMENT.az

Chosen
111
nocomment.az

1Sources