EN

"Fənərbaxça" III Liqadan futbolçu transfer etdi

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Karşıyaka"da çıxış edən Adem Şeyilyurtun keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

19 yaşlı vinger bu gün yeni klubu ilə müqavilə imzalayacaq. "Fənərbaxça" Türkiyə U-19 millisinin üzvü üçün İzmir klubuna 500 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Karşıyaka"nın yetirməsidir. Gənc futbolçu bu mövsüm III Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
43
1
sportal.az

2Sources