EN

Azərbaycan slalomçusu Qış Olimpiya Oyunlarında mübarizəyə başladı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan idmançısı Anastasiya Papatoma Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə mübarizəyə başlayıb.

Fanat.Az Milli Olimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini başa vurub.

92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçumuz 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.

İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyib.

Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur.

Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

AbunÉ™ Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
16
fanat.az

10Sources