EN

"Eşqdən iyrənirəm, sevginin adına NİFRƏT EDİRƏM"

Zeynəb Həsəni efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan  sənətçi çıxışı zamanı sevgi ilə bağlı olduqca sərt mövqe nümayiş etdirib. O, bildirib ki, eşqdən uzaq durmağa üstünlük verir və bu mövzu onun üçün xoş hisslər doğurmur:

"And olsun, eşqdən iyrənirəm. Sevginin adı belə gələndə nifrət edirəm. Yaşanıb, olub... Amma 36 yaşıma qədər heç kimi sevməmişəm. Bundan sonra da kimisə sevmək fikrim yoxdur".

Zeynəb Həsəni münasibətlərdə dəyər görməməkdən ehtiyat etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bir insana sevgi bəxş edib qarşılığında qiymət görməmək istəmir. Ətrafındakı insanların sevgi səbəbindən göz yaşı tökdüyünü və əziyyət çəkdiyini deyən ifaçı, eşqin daha çox kədər və problem gətirdiyini düşünür.

"Birini sevsən, qısa müddət xoşbəxt olursan. Amma sevəndə insan yeməkdən kəsilir, arıqlayır, bütün düşüncəsi həmin adam olur".

Sənətçinin bu etirafı tamaşaçılar arasında birmənalı qarşılanmayıb. Bəziləri onun fikirlərini dəstəkləsə də, digərləri sevginin həyatın ayrılmaz hissəsi olduğunu bildirərək fərqli mövqe sərgiləyiblər.

Musa
Milli.Az

Chosen
16
1
milli.az

2Sources