EN

Yaponiyada yeni hökumətin tərkibi təsdiqlənib

Bakı. Trend:

Yaponiyanın imperatoru Naruhito baş nazir Sanaye Takaitininrəhbərliyi ilə formalaşdırılmış hökumətin tərkibinitəsdiqləyib.

Trend bu barədəxarici KİV-ə istindən xəbər verir.

Nazirlər Kabinetinin tərkibinin imperator tərəfindəntəsdiqlənməsi Yaponiya Konstitusiyasına uyğun olaraq həyatakeçirilən icbari prosedurdur. Mərasim zamanı nazirlər növbə iləimperatordan monarxın imzası ilə təsdiqlənmiş xüsusi sənəd –təyinat haqqında bildiriş alırlar.

Bu baş nazir Takaitinin sayca ikinci hökumətidir. O, ötən ilin21 oktyabr tarixində hakimiyyətə gəlib. Bu gün növbədənkənarseçkilərdən sonra parlamentin əsas aşağı palatasının ilk iclasgünündə hökumət texniki istefaya gedib. Bundan sonra Takaitigözlənildiyi kimi 105-ci baş nazir seçilib. Onun ikinci kabinetindəbütün nazirlər vəzifələrini qoruyub saxlayıblar.

Gün ərzində baş nazir əsas siyasi yanaşmaları açıqlayacağımətbuat konfransı keçirəcək. Bundan sonra yeni hökumət ilk iclasınıkeçirəcək.

Chosen
93
1
az.trend.az

2Sources