ain.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistanın paytaxtı İrəvanda silahlı insident olduğu və 6 nəfərin yaralandığı deyilir.
Modern.az Ermənistanın kriminal saytı olan "Shamshyan.com"-a istinadən xəbər verir ki, atəş səsləri İrəvanın Açapnyak inzibati rayonunda eşidilib. Nəşr iddia edir ki, yaralananların sayı 9 nəfərə çata bilər.
Ermənistan Daxili İşlər Nazirliyindən "Sputnik Armenia"ya bildirilib ki, hazırda operativ-axtarış tədbirləri aparılır. Hadisənin detalları ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.