EN

Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yol istifadəyə yararsız vəziyyətdədir.

Kadrlardan görünür ki, yolda dərin çuxurlar var və nəticədə ərazidən keçən avtomobillərə ciddi maddi ziyan dəyir.

Şikayətçinin sözlərinə görə, bir neçə il əvvəl sözügedən yolda asfalt çəkilişi məqsədilə qazıntı işləri aparılıb, bordürlər qoyulub. Lakin heç bir təmir işi görülməyib və yol artıq bir ildən çoxdur bu vəziyyətdə qalır.

O, xüsusilə ağır tonajlı və ictimai nəqliyyat vasitələrinin yolun vəziyyətini daha da pisləşdirdiyi bildirilib.

Şikayətçi aidiyyəti qurumun ərazidə kanalizasiya xətləri olmadığını əsas gətirərək asfalt çəkmədiklərini qeyd edib. Sakin çuxurları qum və palçıqla dolduraraq yoldakı vəziyyəti müvəqqəti yaxşılaşdırmağa çalışdıqlarını əlavə edib. O bildirib ki, yolda yaranmış çökəkliklər o qədər dərindir ki, “qiyamət çuxurları” adlandırıla bilər.

Yolun pis vəziyyəti səbəbindən avtobusların əksəriyyəti alternativ olaraq məhəllə yollarından istifadə edir. Bu da həmin yolların getdikcə sıradan çıxmasına gətirib çıxarır. 

Nərmin

Oxunub 58

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
avtosfer.az

1Sources