EN

Ekoloq AÇIQLADI: Havanın kəskin isinib-soyumasının səbəbi nədir?

Bir neçə gündür ki, ölkə ərazisində havanın kəskin isinib-soyuması müşahidə olunur. Təbiət sanki bizimlə kiçik bir oyun oynayır.

Ekologiya.az bildirir ki, ekoloq Ənvər Əliyev Ölkə.az-a açıqlamasında bildirib ki, havadakı istilər Afrikadan, konkret olaraq Liviya ərazisindən gələn atmosfer axınlarıdır:

"Deməli, əsas isti hava kütlələri Azərbaycan ərazisinə daxil olub, o cümlədən Türkiyə ərazisinə, sonra isə İran yaylasına təsir edir. Ermənistan da bu ərazilərə təsir edən hava kütlələrindən payını alır. Bunlar Azərbaycan ərazisinə daxil olan doqquz növ hava kütləsindən biri olan isti hava kütlələridir.

İndi belə deyək ki, qış aydır. Bunlar hər halda müvəqqətidir. Gördüyünüz kimi, hətta duman da əmələ gəldi. Çünki yer uzun müddət soyuq olduğuna görə, hava isə nisbətən isti idi. Bax belə iki müxtəlif hava kütləsinin qarışması nəticəsində duman əmələ gətirirdi. Hazırda yəqin ki, bu uzun çəkməz, çünki bu, fəsillərarası vaxtlarda baş verən təbii prosesdir. Gedən fəsilə daxil olur, gələcək fəslin əlamətləri isə artıq görünür. Bəzən gün ərzində, bəzən həftə ərzində dəyişikliklər müşahidə olunur.

555249

Hazırki vəziyyət göstərir ki, qış yavaş-yavaş tədricən vidalaşması prosesindədir. Günəş çıxdıqda yaz yağışları, qar yağanda isə qış əlamətləri görünəcək. Hazırda bu yalnız bizim bölgədə deyil, dörd bir tərəfdə – Cənubi-Qərbi Avrasiyanın ölkələrində də müşahidə olunur. Yaxın vaxtlarda şimaldan və qərbdən gələn hava kütlələri həm yağıntı, həm də soyuq hava gətirə bilər. Bu, dəqiq müəyyən edilə bilməsə də, bir gün, beş gün, hətta bir həftə ərzində baş verə bilər. Ümumiyyətlə, məsələnin mahiyyəti ondadır ki, havanın dəyişkənliyi uzun çəkməyəcək və hər iki fəsilə aid olan proses tədricən tənzimlənəcək. Yəqin ki, nə vaxtsa bu vəziyyət sabitləşəcək".

Chosen
49
2
ekologiya.az

3Sources