EN

Peskov inkar etdi: Nə Rusiya, nə də Çin nüvə sınağı keçirməyib

Dmitry Peskov Rusiya və Çinin nüvə sınaqları keçirdiyi iddialarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Moskvada jurnalistlərə açıqlama verən Kremlin sözçüsü cari məsələlərə toxunub. O, Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı Geneva şəhərində keçirilən üçtərəfli danışıqlara dair bildirib: “Müzakirə olunan mövzular barədə danışmaq düzgün deyil. Danışıqların aralıq nəticələrini açıqlamaq hələ tezdir. Prezidentə birbaşa məlumat verilir. Hazırda qiymətləndirmə aparmaq üçün tezdir”.

Rusiyanın Kubaya yanacaq tədarükünün Moskva–Vaşinqton münasibətlərinə təsiri ilə bağlı suala cavabında Peskov qeyd edib ki, bu məsələlər bir-biri ilə əlaqəli deyil. O vurğulayıb ki, Rusiya bir çox ölkələr kimi Kubaya tətbiq olunan blokadaya qarşıdır və Havana ilə münasibətləri inkişaf etdirmək niyyətindədir: “Çətin anlarda kubalı dostlarımıza kömək edirik”.

Peskov həmçinin Rusiyanın İrandan zənginləşdirilmiş uran almağa hazır olduğunu bildirib və ABŞ ilə İran arasında danışıqların davam etdiyini deyib: “Bu səbəbdən prosesin nəticəsini proqnozlaşdırmaq düzgün deyil”.

Sonda o, nüvə sınaqları ilə bağlı iddialara yenidən münasibət bildirərək vurğulayıb ki, belə sınaqlar keçirilməyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
7
1
turkustan.az

2Sources