EN

İranla müharibə hazırlığı: Bölgəyə 2 zərbə qrupu, 12 hərbi gəmi, yüzlərlə qırıcı, saysız raket göndərildi

BAKI, 18 fevral. TELEQRAF

ABŞ ordusu son 24 saat ərzində Yaxın Şərqdə əlavə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla bildirib.

Nəşr ABŞ-nin yaxın həftələrdə İranda hərbi əməliyyata başlamasını mümkün hesab edir.

Portal qeyd edib ki, Vaşinqton getdikcə Yaxın Şərqdə yerləşdirdiyi hərbi qüvvələrin sayını artırır. Artıq bölgəyə iki təyyarədaşıyan zərbə qrupu, təxminən 12 gəmi, yüzlərlə qırıcı təyyarə və bir neçə raketdən müdafiə sistemi çatdırılıb.

“Axios”un yazdığına görə, Konqres və ictimaiyyət digər məsələlərlə məşğul olduğu üçün ABŞ-də İranda hərbi əməliyyatın riskləri barədə demək olar ki, heç bir müzakirə aparılmır.

“Bu, son on ildə Yaxın Şərqdə ABŞ-nin ən əhəmiyyətli hərbi müdaxilələrindən biri ola bilər”, - nəşr əlavə edib.

Chosen
16
teleqraf.com

1Sources