525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Ukraynanın Drujba boru kəməri vasitəsilə Rusiyadan xam neft tədarükünü bloklaması səbəbindən Macarıstan strateji neft ehtiyatlarından ən azı bir ay istifadə etməli olacaq”.
525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Rusiya neftinin dəniz yolu ilə və Adriatik dənizi boru kəməri vasitəsilə Xorvatiyadan keçməklə daşınmasına martın ortalarında başlana bilər.
"MOL şirkəti 500 min ton Rusiya xam neftinin dəniz yolu ilə daşınmasını sifariş edib. Bu partiyanın mart ayının əvvəlində Xorvatiyanın Omişal limanına çatacağı gözlənilir, ordan neftin Macarıstan və Slovakiyadakı MOL-un neft emalı zavoduna daşınması 5-10 gün çəkə bilər”, - XİN başçısı deyib.
Onun sözlərinə görə, hər kəs Avropanın müvafiq qaydalarına əməl edərsə, martın ortalarından etibarən strateji ehtiyatlardan istifadə etməyə ehtiyac qalmayacaq.
16 fevralda MOL hökumətdən strateji ehtiyatlardan 250 min ton neft ayırmasını istəyib.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.