EN

Abşeronda müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanıldı (VİDEO)

Bakı.Trend:

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluqhadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən küçə ilə hərəkətdəolarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığıbarədə polisə müraciət edib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Abşeron RPİ Mehdiabad Polis Bölməsininəməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərovmüəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimimüştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəriolan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həminşəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başınapolietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isəo, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
73
43
az.trend.az

10Sources