EN

Dünya çempionu 1-ci yerdədi

Cari mövsümdə İngiltərə çempionatının ən etibarlı qapıçılarının reytinq siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın lideri “Aston Villa”nın qapıçısı Emiliano Martinesdi. Argentinalı dünya çempionu seyv faizinə görə liqada birinci pillədə qərarlaşıb. Onun göstəricisi 77 faizdi və bu da çempionat üzrə ən yüksək nəticə hesab olunur.

Martines statistikaya əsasən, bu mövsüm bütün turnirlərdə 28 dəfə meydana çıxıb. O, premyer-liqada keçirdiyi 22 oyunda qapısında 19 qol görüb.

Chosen
88
1
football-plus.az

2Sources