EN

“ONLAR RUSİYA KƏŞFİYYATININ ALƏTİNƏ ÇEVRİLİB…” – Sabiq nazirdən sensasiyalı AÇIQLAMA

“Qərbi Avropada yerləşmə sadəcə yaxşı maskalanmadır”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sossial şəbəkələr üzərindən qarayaxma kampaniyası aparan Mehman və Emin Hüseynov qardaşları ilə bağlı sərt açıqlama verib.

O bildirib ki, Hüseynov qardaşları şüurlu şəkildə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunda alətə çevriliblər.

T.Zülfüqarovun sözlərinə görə, onların “Qərbi Avropa”da yerləşməsi sadəcə “əfsanəvi maskalanma” xarakteri daşıyır.


Keçmiş nazir sosial şəbəkədə həmçimnin həbsdə olan erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan barədə çəkilmiş filmi Kremlin ciddi siqnal kimi qəbul etdiyini bildirib. Onun fikrincə, Vardanyanla bağlı materiallar Rusiya elitasının maliyyə mexanizmlərinə təhlükə yaradır.

T.Zülfüqarov hesab edir ki, məhkəmə hökmündən sonra Vardanyan daha detallı, “rəqəmlər və tarixlərlə” danışa bilər. O, bu ehtimal olunan açıqlamaların Rusiyada siyasi dəyişikliklərə hazırlaşan qüvvələr üçün əsas təbliğat alətinə çevrilə biləcəyini vurğulayıb.

Keçmiş XİN rəhbəri sonda bildirib ki, “Vardanyanın dosyeləri”nin açıqlanması mühüm rezonans doğura bilər və o, prosesin davamını gözlədiyini qeyd edib.

Chosen
15
1
veteninfo.az

2Sources