Bakıda narazılıq doğuran hadisə qeydə alınıb.
Bildirilib ki, naməlum şəxs üzü İdman Akademiyasından əsas yola çıxan istiqamətdə, yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobili yolun ortasında saxlayaraq hərəkəti müvəqqəti iflic edib.
Şahid bildirir ki, sürücü ətrafdakı şəxslərə avtomobilinin dövlət nömrə nişanında "AA" seriyası olduğunu nümayiş etdirərək "maşını çəkmirəm, qalın orada" deyə etirazlara məhəl qoymayıb. Nəticədə digər sürücülər üçün çətin vəziyyət yaranıb.
Hadisə yerində olan vətəndaşın mobil telefonla çəkiliş apardığını görən sürücü isə davranışını dəyişərək avtomobili yolun ortasından kənara çəkib və ərazidən uzaqlaşıb.