EN

Abbas Abbasov: Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən Virtual Muzey fransız və ingilis dillərində fəaliyyət göstərəcək

Bakı, 18 fevral, AZƏRTAC

Virtual Muzey kolonial sistemin təsirləri və fəsadları ilə bağlı arxiv sənədlərini, tarixi və hüquqi faktları, eləcə də video və fotomaterialları özündə birləşdirən rəqəmsal platformadır. Bu platforma kolonial irsi ictimaiyyətə interaktiv şəkildə təqdim etmək üçün xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib.

O bildirib ki, Muzey fransız və ingilis dillərində fəaliyyət göstərəcək.

Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində aparılan araşdırmalar üçün əhəmiyyətli resursdur. Tarixçilər, politoloqlar və digər tədqiqatçılar üçün elmi mənbə rolunu oynayacaq. Bu istiqamətdə materiallar beynəlxalq hüquq üzrə mütəxəssislər üçün də etibarlı və əhatəli bir mənbəyə çevriləcək.

Chosen
51
1
azertag.az

2Sources