EN

Yeni ildə hoteldə ölü tapılmışdı, səbəbi açıqlandı

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Oskar"lı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Consun ölüm səbəbi bəlli olub.

Axşam.az xəbər verir ki, Viktoriya Yeni il günü San-Fransiskodakı hoteldə ölü tapılıb. Onun ölüm səbəbi bu gün San-Fransisko Baş Tibbi Ekspertizası Ofisi tərəfindən açıqlanıb. Rəsmi sənədlərdə qeyd olunur ki, Viktoriya narkotik qəbul edib. O, artıq dozanın qurbanı olub.

Məlumata görə, mərhumun cəsədi hotel otağında aşkarlanan zaman artıq ölübmüş.

Qeyd edək ki, Viktoriya aktyorla birlikdə bir neçə film layihəsində də rol alıb. O, ölümündən bir il əvvəl narkotik saxlama ittihamı ilə iki dəfə həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
axsam.az

1Sources