EN

"Futbolu stadionda yox, evdə – özü də yerdə oturaraq izləyirəm" - Aqil Abbas

"Mən futbolu stadionda izləyə bilmirəm, həyəcanlanıram. Ona görə evdə, özü də yerdə oturub izləyirəm".

Bunu Redaktor.az-a açıqlamasında deputat Aqil Abbas bu gün Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Nyukasl" oyunu ilə bağlı danışarkən bildirdi.

"Mən həmişə "Qarabağ" komandasına inanmışam, həmişə də demişəm ki, qalib gələcək. Futbolçularımız normal oyun göstərsinlər deyə, Allahdan onlara güc və qüvvət arzulamışam. Həm "Qarabağ"a, həm də Qurban Qurbanova hər zaman inanmışam və belə də davam edəcək. Yəni mən heç vaxt fikirləşməmişəm ki, "Qarabağ" komandası uduza bilər. Həmişə yaxşı şeyləri ağlıma gətirmişəm. Futboldur, futbolda uduzmaq da var, udmaq da var", - deyə millət vəkili əlavə etdi.

Aytəkin TOFİQQIZI

Chosen
59
1
redaktor.az

2Sources