EN

Ermənistanda Dövlət Gəlirləri Komitəsində korrupsiya: Milyonlarla dramlıq mənimsəmə

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin rəsmiləri barəsində cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) bir qrup vəzifəli şəxsi gömrük nəzarətindən yayınma sxemi təşkil etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar. İstintaqın məlumatına görə, gömrük nəzarətindən kənar keçid nəticəsində dövlətə 11 milyon dramdan (təxminən 47 300 manat) çox ziyan dəyib.

Məlum olub ki, 2025-ci il dekabrın 10-da DGK-nın gömrük nəzarəti və xidməti şöbəsinin rəisi, onun müavini və gömrük müfəttişi yükün səlahiyyətli nümayəndəsi ilə əlbir olaraq qanunsuzluğa yol veriblər. Onlar dəyəri təxminən 11,4 milyon dram (təxminən 49 020 manat) olan yükün sürücüsünə rentgen nəzarət məntəqəsindən yan keçərək hərəkət etmək barədə göstəriş veriblər.

Hazırda şöbə rəisi, müavini və müfəttişə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə və s.) ittiham irəli sürülüb. Cinayət işi üzrə araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
35
interpress.az

1Sources