EN

DMX yanvarda Çağrı mərkəzinə daxil olan zənglərin sayını açıqlayıb

Bakı, 18 fevral, Nailə Həsənova, AZƏRTAC

Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) Çağrı mərkəzinə 5469 zəng daxil olub.

Bu barədə AZƏRTAC-a DMX xidmətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bunlardan 1010-u xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə, 896-sı vətəndaşlardan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən daxil olub, 1681-i isə digər müraciətlərlə bağlıdır.

Qeyd edək ki, bu ilin yanvar ayında DMX-yə fəaliyyət istiqamətləri üzrə 28 min 929 müraciət daxil olub.

Chosen
96
1
azertag.az

2Sources