“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını Almaniyanın digər klubunda davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Bayer” 31 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“Əczaçılar” orta xətt üçün yeni lider axtarışındadır və vaxtilə bu rolu daşıyan Qranit Cakanın yerinə məhz Qoretskanı uyğun namizəd hesab edirlər. Leverkuzen təmsilçisi artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Qoretska bu variantı qəti şəkildə rədd etməsə də, əsas prioritetinin İngiltərə Premyer Liqası olduğu bildirilir.
Qış transfer dönəmində almaniyalı yarımmüdafiəçi ilə “Tottenhem” və “Arsenal” maraqlanmışdı. 2018-ci ildən “Bayern”in formasını geyinən oyunçu mövsümün sonunda azad agent statusu alacaq.