EN

Karyera qururam deyib ana olmağı gecikdirməyin Ginekoloqdan TÖVSİYƏ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"20 ilə 35 yaş arası dövr ana olmaq üçün çox ideal hesab edilir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda dedi.

Onun sözlərinə görə, 20 yaşdan aşağı yaşda, yəni erkən doğuşlarda qadının orqanizmi hamiləliyə hələ hazır olmur və belə hallarda ağırlaşmalar da yarana bilər.

"35 yaşdan sonra isə genetik mutasiyalar, vaxtından əvvəl doğuşlar, düşüklər və digər anadangəlmə patologiyalar uşaqlarda yarana biləcəyi üçün bu yaş dövrü o qədər də ideal sayılmır. 

Hal-hazırda isə süni mayalanma üsulları mövcuddur və qadınlar karyeralarını qurduqları üçün analığı gecikdirə bilirlər. Praktikada 35 yaşdan, hətta 40 yaşdan yuxarı ana olan qadınlar vardır, bəzən isə 45 yaşında belə ana olmaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı 43-45 yaşdan sonra hədəf-məhdudiyyətlər qoyur, lakin süni mayalanmada donor yumurtası istifadə olunarsa, qadınlar 50 yaşdan yuxarı da ana ola bilirlər. Lakin bu hallarda fəsadlaşma riski daha yüksək olur", - deyə həkim qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
redaktor.az

2Sources