EN

Süni intellektlə məktub yazdı, həbs olundu

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Yeni Zelandiyada baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı Michae Ngaire Win adlı qadın kirayələdiyi evi yandırdığı və polis əməkdaşını dişlədiyi üçün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ondan üzr məktubu tələb edib. 

Win sözügedən məktubu süni intellekt vasitəsilə yazdırıb. Nəticədə hakim Tom Gilbert məktubların üslubundan şübhələnib və onların AI ilə yazıldığının fərqinə varıb. Hakim bildirib ki, təqdim olunan məktublar təqsirləndirilən şəxsə aid deyil və səmimi peşmanlıq ifadə etmir. 

Belə ki, qadına ev həbsi əvəzinə 27 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ayxanım Məlikova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
1
unikal.az

2Sources