EN

"Qarabağ" 7 min manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsi Misli Premyer Liqasınn 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, “İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli”nin 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klubu isə 2500 manat cərimə edilib.

Həmin oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 2500 manat cərimələnib.

Bu matçın 72-ci dəqiqəsində “Qarabağ”ın 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. “Qarabağ” isə 1000 manat cərimə ödəyəcək.

Eyni görüşün 90+5-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 6000 manat cərimələnib.

Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Qarabağ" 6 000 manat ödəyəcək.

Chosen
29
1
ucnoqta.az

2Sources