EN

Azərbaycanın dağ xizəkçisi olimpiadada mübarizəyə qoşulub

Azərbaycan təmsilçisi Anastasiya Papatoma İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

"Cebheinfo.az" xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayıb.

O, 1:01.81 göstərici ilə hazırda 58-ci yerdədir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

"Cebheinfo.az"

Chosen
13
3
cebheinfo.az

7Sources