18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.


Rekord.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq.


Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.


U-18-in yekun heyətini nəzərinizə çatdırırıq:


1. Nurəziz Əzizov - Neftçi

2. Bilal Hacıyev - Qarabağ

3. Uğur Qurbanlı - Qarabağ

4. Rəşad Gülüşov - Sabah

5. Atacan Məmmədov - Marcet (İspaniya)

6. Səttar Tahirzadə - Marcet (İspaniya)

7. Muhamməd Çodarov - Marcet (İspaniya)

8. İsmayıl Səfərli - Neftçi

9. Amin Rzayev - Qarabağ

10. Sahib Xəlilli - Neftçi

11. Eldar Abbasov - Qarabağ

12. Raul İsaqov - Kəpəz

13. Nihad Hüseynzadə - Sabah

14. Musa Mustafayev - Zirə

15. İbrahim Xəlilov - Sabah

16. Samir Şərifov - Sabah

17. Pünhan Kərimov - Marcet (İspaniya)

18. Emin Süleymanov - Neftçi

19. Əli Bəşirov - Qarabağ

20. Kamal Zülfiyev - Sumqayıt

21. Nicat Kərimov - Sabah


19 fevral

13:50. Azərbaycan – Rusiya

 

20 fevral

14:20. Azərbaycan – Özbəkistan

 

21 fevral

16:40. Belarus – Azərbaycan


Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

 

Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.