EN

Şeyxin müavininin vəziyyəti pisləşdi - Təcili həkimlər çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib.
 
Moderator.az Manset.az-a istinadən xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb.
 
Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir.
 
Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:
 
"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram".
 
Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.
 
Chosen
79
12
moderator.az

10Sources