EN

Sərkisyanla bağlı qadağa ləğv edildi

BAKI, 18 fevral. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla bağlı başlanmış yeni cinayət işi çərçivəsində tətbiq edilən ölkəni tərk etməmək qadağası ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Məhkəməsindən yerli KİV-ə bildirilib.

Qeyd edilib ki, hakim prokurorluğa tətbiq edilmiş qətimkan tədbirinin ləğv olunması ilə bağlı göstəriş veri”.

Xatırladaq ki, sözügedən məsələ 2019-cu ildə vəfat etmiş iş adamı Mixail Baqdasarovun ifadələri əsasında başlanmış cinayət işi ilə bağlıdır. Bu iş çərçivəsində Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulmuşdu.

Chosen
41
teleqraf.com

1Sources