EN

Putinlə Zelenski arasında şəxsi görüş: Moskva şərtini açıqladı

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Vladimir Putin və Vladimir Zelenski arasında görüş üçün hər şeyin hazır olması arzuolunandır.

Publika.az xəbər verir ki, deputat Lenta.ru ilə söhbətində təkbətək görüşün şərtlərini açıqlayıb.

"Hər şey danışıqların necə getməsindən asılıdır. Başa düşürük ki, bəzən demək olar ki, hər şey hazır olur, lakin müəyyən aspektlər müxtəlif mərhələlərdə şəxsi görüşlər tələb edir. Mən bu konkret andan danışmıram. Buna görə də, hazırlıq mərhələsində görüşün baş tutması mümkündür. Amma hər halda, bu, son mərhələ olacaq", - Çepa bildirib.

“Əlbəttə ki, hər şeyin əvvəlcədən hazırlanması arzuolunandır və rəhbərlik artıq bunun həyata keçirilməsini birbaşa müzakirə edir”, - deputat əlavə edib.

Chosen
37
publika.az

1Sources