EN

Dəsmalların yuyulması zamanı edilən SƏHV

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Mütəxəssis Primrose Freestone dəsmalların yuyulması zamanı edilən geniş yayılmış səhvi açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mirror" nəşri yayıb.

Mikrobioloq bildirib ki, paltar yumşaldıcısı (kondisioner) parça liflərində toplanır və növbəti yuma zamanı yuyucu vasitələrin liflərə nüfuz etməsinə mane olur. Onun sözlərinə görə, bu hal xüsusilə dəsmalların yuyulması zamanı daha aydın hiss olunur.

Kondisionerin çox istifadəsi nəticəsində dəsmallar zamanla daha pis yuyulur və nəmliyi kifayət qədər hopdurmur.

Ekspert izah edib ki, kondisionerin təsiri əsasən silikonlar və ammonium birləşmələri hesabına yaranır. İlk mərhələdə onlar parçaya yumşaqlıq və xoş tekstura versə də, zamanla liflərə hoparaq əks effekt yaradır.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
redaktor.az

2Sources