EN

ABŞ a ittiham: ABŞ ın Kubaya qarşı təcavüzündə...”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ-ın Kubaya neft tədarük edən ölkələrə tarif tətbiq etmək niyyəti bütün ölkələr üçün böyük bir çətinlik yaradır”

“ABŞ-ın Kubaya neft tədarük edən ölkələrə tarif tətbiq etmək niyyəti bütün ölkələr üçün böyük bir çətinlik yaradır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla deyib.

Nazir “X”da yazıb: "ABŞ hökuməti tərəfindən 29 yanvarda qəbul edilən, milli təhlükəsizliyə qarşı yalançı təhdid iddiasına əsaslanan və Kubaya yanacaq ixrac edən ölkələrə cəza tarifləri tətbiq etmək təhdidindən ibarət olan tədbir bütün ölkələr üçün böyük miqyaslı bir çətinlik yaradır”.

Parrilla qeyd edib ki, bu cür niyyətlər "hər bir ölkənin öz milli irsi olan məhsulların ixrac edilib-edilməməsini və hara ixrac ediləcəyini müəyyən etmək üçün suveren hüququnun absurd bəhanələrlə məhdudlaşdırılmasına bərabərdir".

XİN başçısı qeyd edib: "ABŞ-ın Kubaya qarşı təcavüzündə nə dərəcədə irəliləyəcəyini kim deyə bilər? Bir gün ABŞ-ın soya, qarğıdalı, qrafit, avtomobil, təyyarə və ya ABŞ üçün rəqabət yaradan hər hansı bir bazardan idxal edən hər hansı bir ölkəyə tarif tətbiq etməsi ehtimalını istisna edə bilərikmi?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
ayna.az

1Sources