EN

Şəhid övladları qış düşərgəsində

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 18 fevral, AZƏRTAC

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün növbəti dəfə qış düşərgəsi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşıb.

36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. Həmçinin AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmin nümayişi baş tutub.

Sonrakı günlərdə iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

Düşərgə çərçivəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
87
10
azertag.az

10Sources