EN

Dəsmalları yuyarkən bu səhvə yol verməyin

Lester Universitetinin (Böyük Britaniya) klinik mikrobiologiya kafedrasının dosenti Primrouz Fristoun dəsmalların yuyulması zamanı tez-tez yol verilən səhvi açıqlayıb.

Ölkə.az xəbər verir ki, onun sözlərini "Daily Mirror" nəşri sitat gətirib.

O bildirib ki, yumşaldıcı parça liflərində toplanır və növbəti yuyulmalar zamanı yuyucu vasitələrin nüfuz etməsinə mane olur. Onun sözlərinə görə, bu, xüsusilə dəsmalların yuyulmasında nəzərə çarpır. Həddindən artıq yumuşaldıcı istifadəsi səbəbindən onlar zaman keçdikcə daha pis təmizlənir və nəmi hopdurmur.

Ekspert izah edib ki, parça yumşaldıcısının effekti əsasən silikonlar və ammonium birləşmələri sayəsində təmin edilir. Başlanğıcda onlar parçaya xoş struktur verir, lakin zamanla liflərə hoparaq əks effekt yaradırlar.

Bunun qarşısını almaq üçün Fristoun dəsmalları ilk dəfə yuyarkən ümumiyyətlə yumuşaldıcıdan istifadə etməməyi məsləhət görüb. Növbəti yuyulmalarda isə o, vasitəni adətən istifadə olunan miqdardan təxminən üçdə bir qədər az əlavə etməyi tövsiyə edib.

Həmidə İbrahimova

Chosen
37
olke.az

1Sources