EN

Bəzi hallarda vətəndaş özü burada iştirak etmir və dələduzluğun qurbanı olur Ekspert

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dələduzlar vətəndaşa öz adları birbaşa müraciət edə, adlarına hesab açaraq özəl kodları əldə edirlər. Kiberdələduzluq bir neçə insidentlər ilə ifadə oluna bilər. Bəzi hallarda vətəndaş özü burada iştirak etmir və dələduzluğun qurbanı olur. "Pulsuz ictimai Wi-Fi şəbəkələri bank kartı məlumatlarınızın oğurlanması üçün real və yüksək riskli kanaldır. Bu şəbəkələr şifrələnməmiş və ya zəif şifrələnmiş olduğu üçün cinayətkar (hacker) eyni şəbəkəyə qoşularaq, "Man-in-the-Middle" (Ortada Adam) adlanan üsul vasitəsilə cihaz və internet arasında ötürülən bütün məlumatları, o cümlədən daxil etdiyiniz bank kartı məlumatlarını və bank tətbiqinə giriş kodlarını asanlıqla izləyə və ələ keçirə bilər”.

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib.

Ekspert qeyd edib ki, həmçinin, cinayətkarlar eyni adlı (məsələn, "Bulvar Free Wi-Fi" kimi) saxta, ziyanverici Wi-Fi şəbəkələri quraraq istifadəçiləri aldadıb onların məlumatlarını birbaşa toplayırlar:

“Bu təhlükələrdən qorunmaq üçün ictimai Wi-Fi istifadə edərkən bank əməliyyatları, onlayn alış-veriş və ya hər hansı həssas məlumatın daxil edilməsindən qəti şəkildə çəkinmək lazımdır".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
525.az

1Sources