EN

Şagirdlərin avtobusla daşınması üçün 4 milyona yaxın vəsait ayrıldı

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyi bir neçə şirkətlə müqavilələr bağlayıb.

Turkustan.az xəbər verir ki, nazirliklə şirkətlər arasında müqavilələr şagirdlərin məktəblərarası daşınması üçün imzalanıb.

Belə ki, Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

Məlumata görə, nazirlik daşınma ilə bağlı "Baku Rent Service" şirkəti 1,1 milyon manat, "Fast Vay" şirkəti ilə 800 min manat və Logistics and Transport Services şirkəti ilə isə 1,9 milyon manat dəyərində müqavilə bağlayıb. /bakupost.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
icma.az

3Sources