ABŞ Demokrat Nümayəndəsi Xoakin Kastro İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bölmələrinin bronxitdən müalicə alan 2 aylıq Xuan Nikolası 16 aylıq qardaşı və ailəsi ilə birlikdə deportasiya etdiyini açıqlayıb.
"Cebheinfo.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yerləşən şirkətin “X” sosial media paylaşımında Kastro ailənin vəkili ilə danışdığını bildirib.
Kastro bronxitdən müalicə alan 2 aylıq Xuan Nikolasın 16 aylıq qardaşı, anası və atası ilə birlikdə ICE tərəfindən deportasiya edildiyini deyib.
Kastro qeyd edib ki, o və komandası Xuanın ailəsi ilə əlaqə saxlayır, onları tapmağa, sağlamlıq vəziyyəti haqqında məlumat istəməyə, təhlükəsizliyini təmin etməyə və ICE-ni hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə hazırlaşırlar.
Xatırladaq ki, ABŞ-nin Minesota ştatına bağlı Minneapolis şəhərində 2026-cı ilin yanvar ayında ICE və federal immiqrasiya əməliyyatları zamanı baş verən iki ölüm hadisəsi ölkə miqyasında sərt reaksiyalara yol açıb.
7 yanvarda ICE əməkdaşları 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Maklin Qudu avtomobilində olarkən silahla vuraraq öldürüb.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Qudun avtomobili ilə məmurları vurmağa çalışdığını irəli sürüb. Hadisənin ardından şəhərdə etirazlar başlayıb və müstəqil təhqiqat çağırışları edilib.
24 yanvarda isə etirazlar zamanı reanimasiya tibb bacısı Aleks Ceffri Pretti ICE qrupları tərəfindən saxlanılmağa çalışılarkən vurularaq öldürülüb.
Bu hadisədən sonra Minneapolisdə günlərlə davam edən etiraz aksiyaları keçirilib və federal immiqrasiya əməliyyatları ölkə daxilində yenidən müzakirələrin mərkəzinə çevrilib.