EN

"Bayer"i yenidən məğlub etmək istəyirik" - Xose Luis Mendilbar

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Bayer Leverkuzen"i qəbul edəcək "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilbar matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Liqa mərhələsində yaxşı çıxış etdik. Hər şey gğzlədiyimizdən də yaxşı alındı. Yekunda böyük büdcəsi olan komandaları qabaqlayaraq 18-ci yeri tutduq. İndi biz yaxşı formada olan "Bayer"i yenidən məğlub etmək istəyirik. Bu, yeni matçdır. Onları keçən dəfə yenmişiksə, bu, yenə qələbə qazanacağımız və ya uduzacağımız anlamına gəlmir. 

Epizodları dəyərləndirmək lazımdır. Topa bizdən az nəzarət edən, amma qol vuran rəqiblərlə də qarşılaşmışıq. Son oyunlarda bir neçə dəfə fərqlənməyə yaxın olsaq da, qol vura bilməmişik. Futbol belədir. Biz "Bayer"lə ilk matçdakı qədər effektli olmalıyıq".

Nihat

Chosen
3
1
fanat.az

2Sources